Zəmanət xidmətiniz nəyi əhatə edir?
Promise.az iki əsas zəmanət məhsulu təklif edir:
- Protect – məhsulun sınması və təsadüfi zədələnməsi hallarını əhatə edir.
- Prolong – məhsulda istehsal qüsurlarına qarşı əlavə zəmanət təmin edir.
PROTECT və PROLONG arasında nə fərq var?
🔹 PROTECT – məhsulun təsadüfi zədələnməsi, sınması, su və ya alovla təması, elektrik problemi və s. hallarda qorunmasını təmin edir.
🔹 PROLONG – məhsulda istehsal qüsurlarına qarşı zəmanət təqdim edir. Hər biri fərqli riskləri əhatə edir və birlikdə tam qoruma təmin edir.
PROLONG zəmanəti nələri əhatə edir?
PROLONG xidməti məhsulda istifadə zamanı meydana çıxan funksional nasazlıqları və istehsal qüsurlarını tam şəkildə əhatə edir.
💡 Təmir mümkün olmadıqda, sertifikatda göstərilən maksimum təminat məbləyi çərçivəsində yeni məhsul təqdim olunur.
PROTECT zəmanəti hansı hadisələri əhatə edir?
PROTECT məhsulu aşağıdakı hallarda məhsulunuzu pulsuz təmir və ya əvəz etmə ilə qoruyur:
– Təsadüfi sınma və zədələnmə
– Maye keçməsi
– Alovla təmas
– Elektrik gərginliyi səbəbilə zədələnmə
– Virus səbəbilə proqram təminatı nasazlığı
📊 Təmir mümkün olmadıqda, zəmanətin qüvvədə olduğu günlərə uyğun olaraq əmsallı əvəzləmə tətbiq olunur.
PROTECT və PROLONG planlarının qiymətini necə öyrənə bilərəm?
Qiymət məhsul modelindən asılı olaraq dəyişir.
💬 Maraqlanan məhsulun qiymətini öyrənmək üçün ZƏMANƏT AL bölməsinə keçid edin və model kodunu daxil edin.
Zəmanət necə alınır?
Mağazada məhsulu alarkən sizə zəmanət təklif olunur. Razılaşdıqdan sonra mağaza nümayəndəsi saytımızda “Zəmanət al” formasını doldurur. Təsdiqdən sonra SMS ilə ödəniş linki göndərilir. Ödəniş tamamlandıqda zəmanət aktivləşir.
Hadisə baş verərsə nə etməliyəm?
- 🔗 Bu linkə daxil olub anketi doldurun.
- 📞 Gözləmək istəmirsinizsə, əlaqə nömrələrimizdən biri ilə bizə zəng edin.
- 🏢 Zəng etmək istəmirsinizsə, xidmət məntəqələrimizdən birinə yaxınlaşın.
Hansı hallarda zəmanət qüvvədə olmur?
- Zəmanət aşağıdakı hallarda keçərli deyil:
– Məhsula kənar müdaxilə (digər servis, usta vəs.) olarsa
– Zəmanət hissəli ödənişlə əldə edildikdə ödəniş şərtləri pozularsa
– İstifadəçi səhlənkarlığı və bilərək zədə
Xidmət ödənişlidir?
Xeyr. Əgər hadisə zəmanət şərtlərinə uyğun gəlirsə, xidmət tamamilə pulsuz göstərilir.
Hansı məhsullar üçün zəmanət təqdim olunur?
– Mobil telefonlar
– Televizorlar
– Planşetlər və noutbuklar
– Məişət texnikası (kondisioner, paltaryuyan, soyuducu, tozsoran və s.)
Ödənişi necə edə bilərəm?
Zəmanət təsdiqləndikdən sonra sizə SMS ilə ödəniş linki göndərilir. Linkə daxil olaraq onlayn şəkildə ödənişi həyata keçirə bilərsiniz.
Zəmanət verilmiş məhsul satılarsa və ya hədiyyə olunarsa zəmanət davam edirmi?
Bəli, zəmanət məhsulun özünə bağlıdır, sahibin kimliyindən asılı deyil. Əgər məhsul yeni şəxsə satılıbsa və ya hədiyyə edilibsə, zəmanət müddəti bitməyibsə və şərtlər pozulmayıbsa, yeni sahib də zəmanət hüququndan istifadə edə bilər.
Vacib məqam:
🔹 Məhsulun sahibi dəyişdikdə, zəmanətə dair bütün hüquqi öhdəliklər və məsuliyyət yeni (cari) sahibin üzərinə keçir.
Promise.az ilə necə partnyor ola bilərik?
Əməkdaşlığa başlamaq üçün sadəcə bizimlə əlaqə saxlayın. Komandamız sizi qeydiyyat prosesi və əməkdaşlıq şərtləri ilə tanış edəcək.
Partnyor mağaza olaraq biz nə edirik?
Siz müştəri razı olduqda "Zəmanət al" formasını doldurursunuz. Qalan bütün prosesi Promise.az komandası idarə edir.
Məhsulda problem yaranarsa, mağaza məsuliyyət daşıyır?
Xeyr. Zəmanət aktivləşdikdən sonra məhsulla bağlı bütün məsuliyyət Promise.az-a aiddir. Siz yalnız zəmanəti təqdim edən tərəf olursunuz.
Sistemdən istifadə üçün xüsusi proqram lazımdır?
Xeyr. Sadəcə Promise.az saytına daxil olub formaları doldurmaq kifayətdir.
📱 İstifadəsi mobil və masaüstü cihazlar üçün tam uyğundur.